Azərbaycanda mühasib və auditorlar üçün 2009-cu ildən etibarən beynəlxalq səviyyədə tanınan ilk və yeganə milli peşəkar kvalifikasiya

CNAA daim inkişaf etmək istəyən şəxslər üçün böyük imkandır.


 

«Sertifikatlaşdırılmış Milli Mühasib və Auditor» kvalifikasiyası Azərbaycan Respublikasının mühasibləri və auditorları üçün beynəlxalq statuslu peşəkar milli kvalifikasiyadır və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş Beynəlxalq və Milli Maliyyə Hesabatı Standartlarına əsaslanır.

 Sertifikatlaşdırılmış Milli Mühasib və Auditor” kvalifikasiyası GRBS® Beynəlxalq Təlim Mərkəzi tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatası ilə əməkdaşlıq çərçivəsində keçirilir. Milli sertifikatlaşdırma proqramı üzrə təhsil Azərbaycan və rus dillərində aparılır. 

Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tamhüquqlu üzvü olan Azərbaycan Respublikası Auditorlar Palatası və GRBS (Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası(ACCA)) tərəfindən akkreditə olunmuş Azərbaycanda ilk Tədris Partnyoru olan) arasında tərəfdaşlıq müqaviləsinə əsasən, sertifikatlaşdırma imtahanını uğurla verən namizədlər milli diplomlar və beynəlxalq səviyyəli sertifikatlarla təltif olunacaq.

77 Samad Vurgun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71 • E: info@exams.az

© 2013- GRBS® INTERNATIONAL EXAMINATION CENTER

Join us on: