Site ID: ITAE23A

You can trust TOEFL test scores to help you make important admissions decisions.

 

TOEFL iBT ingilis dilli ölkələrdə təhsil almaq imkanı yaradan və internet vasitəsi ilə aparılan imtahandır. Əlavə olaraq ETS TOEFL Programı testə hazırlaşmağa və ingilis dili bacarıqlarınızı inkişaf etdirməyə kömək edir.

 

TOEFL iBT testi universitet səviyyəsində ingilis dili biliyinizi qiymətləndirir. Bu test akademik tapşırıqları yerinə yetirməniz üçün dinləmə, oxuma,danışma və yazma vərdişlərinizi müəyyənləşdirir.

Dünyada 27 milyondan artıq insan ingilis dili bacarığını müəyyənləşdirmək üçün TOEFL imtahanı vermişdir. Normal ingilis dili bacarığı aşağıdakı şəxslər üçün orta (intermediate) və yüksək (advanced) səviyyələri arasında müəyyən edilir.

 

  •   Ali təhsil müəssisəsində təhsil almağı planlaşdıran tələbər
  •   İngilis dilində tədris edilən proqrama qəbul olmaq istəyənlər
  •   Təqaüd və sertifikat əldə etmək istəyən namizədlər
  •    İngilis dili biliyini daha da inkişaf etdirmək istəyənlər
  •    Viza almaq istəyən tələbələr və işçilər

TOEFL dünyanın 130-dan çox ölkəsində 9000-dən artıq təhsil müəssisəsi, təşkilat və digər müəssisələr tərəfindən qəbul edilir. Toefl nəticənizin Avstraliya və Birləşmiş Krallıqda viza tələblərini qarşılaması şərtləri, həmçinin Toefl-i qəbul edən müəssisələr barədə daha ətraflı məlumat əldə etmək üçün, baxın Who Accepts TOEFL Scores.

Digər ingilis dili imtahanları ilə müqayisədə TOEFL testi daha çox tarixdə (il ərzində 50-dən çox) və məkanlarda (165 ölkə daxil olmaqla  4,500 test mərkəzlərində) keçirilir. Siz 12 gün müddətində birdən artıq olmamaq şərti ilə istədiyiniz qədər imtahan verə bilərsiniz. İmtahan günü təyin edildikdən 12 gün ərzində daha bir test vermək üçün qeydiyyatdan keçə bilməzsiniz.

77 Samad Vurgun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71 • E: info@exams.az

© 2013- GRBS® INTERNATIONAL EXAMINATION CENTER

Join us on: